BaşlıcaSiyasət

Avropa məhkəməsində Ermənistanın İnsan Hüquqları üzrə Müvəkkilinin məruzələri vacib mənbə kimi tanınır: Arman Tatoyan

İnsan Hüquqları üzrə Müvəkkili Arman Tatoyan  Fransa hökuməti və Avropa Şurasının  xüsusi dəvətiylə  nazirlər komitəsinin iclasında çıxış edib. ER İnsan Hüquqları üzrə Müvəkkilinin aparatından bildirildiyinə əsasən,  AŞ  nazirlər  komitəsinin iclası  insan hüquqlarının milli mütəxəssislərinin və ombudsmanların fəaliyyətinə, müasir dünyada olan çağırışlara və onların aradan qaldırılmasına həsr edilib.

Arman Tatoyan çıxışında  Ermənistanın İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyəti və təcrübəsi, işin prinsipləri və metodlarını  təqdim edib.

“Biz həm də beynəlxalq hüquq müdafiəçisi təşkilatlarıyla   aktiv şəkildə əməkdaşlıq edirik. İşin qərəzsiz prinsiplərinə görə, Ermənistan İnsan Hüquqları üzrə Müvəkkilinin Avropa İnsan Hüquqları Məhkəməsindəki hesabatları, Ermənistanla bağlı qərarlara istinad edilərək əhəmiyyətli bir mənbə olaraq qəbul edilir.

İnsan Hüquqları üzrə Müvəkkili  AİHM-də istiniaq aparılan  işinə üçüncü tərəf kimi cəlb edilib. Bu müstəsna praktikadır. Biz  Avropa Şurasının Nazirlər komitəsini AİHM-nin qərarının icrası ilə bağlı  Müvəkkilin xüsusi mövqelərini uğurla təqdim etməyə davam edirik”- deyə Arman Tatoyan qeyd edib.

Daha çox göstər
Back to top button