
“Ermənistan Baş nazirinin ABŞ Prezidenti ilə görüşü gündəliyimiz məsələsidir”- deyə ER Xİ naziri Zohrab Mnatsakanyan mətbuat icmalı ərzində bəyan edib. O, bu il ərzində ABŞ ilə çox yüksək səviyyədə həddindən artıq qane edici bir dialoqun olduğunu qeyd edib. “Bu gün ABŞ ilə yüksək səviyyəli təmaslarda hər hansı bir defisitimiz yoxdur.Ağ Ev və Dövlət Departamenti səviyyəsiylə çox fəal bir dialoqumuz var. İstənilən vaxt aktivləşdirmək üçün heç bir məhdudiyyətimiz yoxdur”. ER Baş naziri ilə ABŞ Prezidenti görüşünə gəldikdə: “Olacaq. Haçan da olsa çox yaxşıdır. Çalışırıq və bu bizim üçün gündəlik məsələdir”.
Nazir ABŞ-a səfəri zamanı Kaliforniyada olacağını, Baş Assambleyanın 74-cü sessiyasının açılışında iştirak edəcəyini, çıxış edəcəyini, ikitərəfli görüşlərin olacağını barədə məlumatlandırıb.