İctimaiyyət

Vəkil: Avropa Məhkəməsi Azərbaycanda toplaşmaq azadlığı və qanunsuz həbslərlə bağlı qərar qəbul edib

Vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə müsahibəsində bildirib ki, Avropa Məhkəməsinin qəbul etdiyi qərarların hamısı sərbəst toplaşmaq azadlığı, ədalətli məhkəmə hüququnun pozulması və qanunsuz həbslə bağlıdır.

“Qərarlarda Avropa İnsan Hüquqları Konvensiyasının 5.1, 5.2-ci (azadlıq və toxunulmaqlıq hüququ), 6.1, 6.3-cü (ədalətli məhkəmə araşdırlması hüququ) və 11-ci maddəsinin (yığıncalqar və birləşmək hüququ) pozuntusu müəyyən edilib,” vəkil qeyd edib.

Onun sözlərinə görə, Avropa Məhkəməsinin əvvəllər də belə qərarları olub.

“Güman edirdik ki, hökumət əvvəlki qərarlardan bir nəticə çıxarar, bu sahədə siyasətini liberallaşadırar. Bu həm də belə işlərə baxan məhkəmələrə və araşdırma aparan polis orqanlarına bir xəbədarlıqdır ki, işləri qanun çərçivəsində həll etmək lazımdır. Belə yanaşmaların olmamasıdır ki, Avropa Məhkəməsində Azərbaycana qarşı kütləvi pozuntular tanınır. Bu isə ölkənin beynəlxalq aləmdə mənfi cəhətdən tanınmasına şərait yaradır,” vəkil qeyd edib.

Mustafayevin müdafiə etdiyi 142 şikayət üzrə Avropa Məhkəməsi müsbət qərarlar qəbul edib.

“Bu işlərin əksəriyyəti sərbəst toplaşmaq azadlığı, ədalətli məhkəmə hüququnun pozulması və qanunsuz həbslərlə bağlıdır. Hökumət vaxtında müvafiq qərarlar qəbul etsə idi, hazırda Azərbaycana qarşı eyni pozuntular üzrə kütləvi qərarlar olmazdı,” vəkil deyib.

Daha çox göstər
Back to top button