Başlıcaİctimaiyyət

Erməni əsilli RF vətəndaşlarının saxlanılmasına dair

Azərbaycanın hüquq-mühafizə orqanları Göygöl rayonunda erməni əsilli iki Rusiya vətəndaşının saxlanılması barədə məlumatları hələlik şərh etmir.

Məsələ ilə bağlı Eurasia Diary-nin əməkdaşı Göygöl rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Lakin İcra Hakimiyyətinin əməkdaşı məsələdən xəbərsiz olduqlarını bildirib:

“Belə bir hadisə olsa, ən azından polis bizə məlumat verər. Bunu araşdırarıq.”

Göygöl Rayon Polis şöbəsindən isə suaları cavablandıra bilməyəcəklərini dedilər.

Rusiya səfirliyindən Turan agentliyinə bildiriblər ki, bu məlumatı yoxlayırlar. Eyni zamanda, diplomatik missiyasında qeyd etdiblər ki, Azərbaycan tərəfindən səfirliyə heç bir rəsmi məlumat verilmədi.

Saxlanılan şəxslərin adları və yaşları açıqlanmır.

Turan agentliyi yazır ki, etimada layiq olan mənbələrdən daxil olan məlumata görə, yoxlama və profilaktik söhbətdən sonra saxlanılan şəxslər sərbəst buraxılacaq.

Daha çox göstər
Back to top button