
“ABŞ güclü və firavan Ermənistan görümək istəyir”. Bunu “Amerikanın Səsi”-nə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Corc Kent deyib.
“Məxmər inqilabından” sonra ABŞ Ermənistana alternativ və təmiz enerji mənbələrini inkişaf etdirməyə, ölkə üçün vacib olan demokratik islahatları həyata keçirməyə kömək etməyə davam edir. Corc Kentin sözlərinə görə, 2018-ci ilin yazında hakimiyyətin dinc yolla deyişdirilməsi Ermənistan üçün yeni inkişaf qapılarını açdı və ABŞ bu işdə Ermənistana kömək etməyə hazırdır.
“Məxmər inqilabından” bir il sonra Ermənistanın uğurlu bir ölkə olmaq üçün ciddi şansı var. Biz Ermənistanı çiçəklənən və şanslı bir ölkə kimi görmək istəyirik, bu, öz maraqlarımıza uyğundur”,-deyə Kent qeyd etdi.