İctimaiyyət
Adil İsmayılovun fəaliyyəti 1 illik dayandırılıb
Azərbaycanda cəkil Adil İsmayılovun fəaliyyətinin bir il müddətinə dayandırıldığı bildirilir.
“Azaqdliq.orq” xəbər verir ki, bu barədə məlumatı Vəkillər Kollegiyasından (VK) da təsdiq ediblər. Oradan qeyd edilib ki, qərar Rəyasət Heyətinin sentyabrın 9-da keçirilən iclasında verilib.
Açıqlamaya görə, bu qərar intizam icraatı çərçivəsində qəbul edilib. Amma qurumdan intizam icraatının nədən ibarət olmasını söyləməyiblər: «Vəkillər Kollegiyası bununla bağlı şərh vermir. Əgər istəyirsə, haqqında tədbir görülən vəkil bu barədə açıqlama verə bilər».
A.İsmayılov isə, hələlik, məsələ ilə bağlı danışmaq istəməyib.