Siyasət

Azərbaycan müxalifətindən YAP-a cavab

Bu ilin dekabrında Azərbaycanda bələdiyyə, gələn il parlament seçkiləri keçiriləcək. Ekspertlərin firkincə, seçkilərə hazırlıq siyasi mühitdə canlanmaya səbəb olub və bu getdikcə artan xətt üzrə irəliləyəcək.

Ötən həftə müxalifət qüvvələri seçki hazırlığı ilə bağlı dinləmələr keçirib. Eyni zamanda bir sıra müxalif partiyaların rəsmiləri arasında seçki ilə bağlı qarşılıqlı ittihamlar başlayıb.

ReAL Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə müsahibəsində Yeni Azərbaycan Partiyasının sədr müavininin (icra katibi) bəyanatına cavab olaraq bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna YAP-dan çox zərər gətirən təşkilat yoxdur.

“YAP Azərbaycanın xaricdəki üz qarasıdır. Çünki bütün seçki saxtakarlıqları, bütün ədalətsizliklər, qanunun aliliyi və demokratiya prinsiplərinin pozulması ancaq YAP-ın adı ilə bağlıdır. Ona görə də o partiyanın təmsilçisinin müxalifəti Azərbaycanın beynəlxalq nüfufuna zərər gətirməkdə ittiham etməsi heç bir çərçivəyə sığmır. Mən dediklərim siyasi dəyərləndirmədir. Onun dediklərində hətta ittihamlar da var. Əgər ittihamlar sübut olunmursa sadəcə boş-boş söhbətlərdir. İttiham irəli sürürlərsə, bu əsaslandırılmalıdır. YAP-ın ittihamları həmişə əsassız olub. Bu bəyanatlar YAP-ın özünün Azərbaycanın beynəlxalq nüfuzuna vurduğu zərbəni ört-basdır etmək məqsədi güdür,” o qeyd edib.

Məmmədov YAP icra katibinin keçmiş nazirlərlə bağlı bəyanatına isə ironiya ilə yanaşır.

Daha çox göstər
Back to top button