BaşlıcaSiyasət

ER parlamentində Ermənistan və Livan arasında hərbi əməkdaşlıq sazişinin ratifikasiyası müzakirə olundu

Ermənistan Müdafiə Nazirliyi 2019-cu ildə Ermənistan və Livan arasında hərbi əməkdaşlıq müqaviləsinin ratifikasiyası haqqında qanun layihəsini müzakirə üçün parlamentə təqdim etdi. Bunu parlament iclasında müdafiə nazirinin müavini Qabriel Balayan deyib.

Onun sözlərinə görə, saziş hərbi sənayedən hərbi idmana qədər geniş əməkdaşlığı nəzərdə tutur, həmçinin elmi tədqiqat, maddi-texniki təminata dəstək, hərbi tibb və hətta sülhməramlı faəliyyət sahələrini əhatə edir. “Saziş erməni hərbi bölməsinin BMT-nin Livandakı mandatı çərçivəsində sülhməramlı missiya həyata keçirməsini nəzərə alaraq vacibdir. Razılaşma bununla bağlı bəzi məsələləri də tənzimləyir “,-deyə Balayan açıqladı.

Nazir müavini qeyd etdi ki, sazişin ratifikasiyası Ermənistan-Livan münasibətlərini hərbi sahədə yeni məviyyəyə qoya bilər.

Daha çox göstər
Back to top button