Ermənistan Rusiyadan üçüncü ölkələrlə müqayisədə daha uyğun qiymətlə silah alır: Ş. Koçaryan

Bu gün ER parlamentinin iclasında “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Mikayel Melkumyan Xİ nazirinin müavini Şavarş Koçaryandan KTMT-ə üzv dövlətləri tərəfindən üçüncü ölkəyə silah satma məsələsində bəzi məhdudiyyətlərin qoyulma imkanlarına dair sual verib.
Deputat KTMT-ə üzv Rusiya, Belarus tərəfindən Azərbaycana satılan silahları demək istədi.
“Biz 2016-cı il aprel ayında nə olduğunu gördük. Tanrı qorusun, belə bir şey təkrar olmasın, lakin rəsmi mövqe nədir?, məhdudiyyətlərin qoyulması istiqamətində addımlar atılırmı?”,-deyə deputat sual verib.
Nazir müavini isə, cavab verib ki, bu istiqamətə getməyə cəhd edə bilərik, lakin böyük maneələr yarana bilər.
“Ancaq, bir şey demək istəyirəm. KTMT-də müqavilə müddəası var və bu müddəa KTMT-ə üzv dövlətlərə eyni silahları daha uyğun qiymətlə alma imkanı verir və Ermənistan bundan istifadə edir. Bizim belə bir maddəmiz həm Ruisya, həm də KTMT ilə əlaqələrimizdə var. Əldə etdiyimiz şey, əlbəttə ki, Rusiyanın üçüncü ölkələrə satdığı qiymətlərlə müqayisə olunmazdır.