İdman

“İdman vasitəsi ilə sülh”: Yerevanda Beynəlxalq Hərbi İdman Şurasının konfransı keçirilir

Sentyabrın 10-13-dək Yerevanda Beynəlxalq Hərbi İdman Şurasının (CISM) illik konfrasnı keçirilir. Bu 132 ölkəni birləşdirən unikal təşkilatdır.Konfransın məqsədi hərbçilərin iştirakı ilə idman yarışları vasitəsi ilə dövlətlər arasında etimad və qarşılıqlı anlaşma mühutinin yaradılmasıdır.

Konfransda işitrak etmək üçün Beynəlxalq Hərbi İdman Şurasının CİSM-nin Avropa Bölməsinin rəhbərliyi Ermənistana səfər ediblər. Burada Çinin Uhan şəhərində keçiriləcək olan beynəlxalq oyunları ilə bağlı məsələlər müzakirə ediləcək.

18-27 oktyabr tarixlərində keçiriləcək bu kütləvi turnirdə Ermənistanın komandası da iştirak edəcək. 30-a yaxın erməni hərbçisi güləş, armreslinq, üzgüçülük, ağır atletika, gimnastika kimi idman növlərində mübarizə aparacaq.

Beynəlxalq Hərbi İdman Şurası 1948-ci ildə yaradılıb. Hal-hazırda Beynəlxalq Olimpiya Komitəsindən sonra dünyanın ən nüfüzlü idman təşkialtı hesab olunur.

Daha çox göstər
Back to top button