BaşlıcaSiyasət

Xİ nazir müavini : “Azərbaycanın əslində KTMT-da hər hansısa çəkisi yoxdur”

Xarici işlər nazirinin müavini Şavarş Koçaryan Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) hər hansısa çəkiyə sahib olduğunu düşünmür. “Azərbaycanın KTMT-də heç bir çəkisi yoxdur. Onun yalnız, digər üzv dövlətlər vasitəsilə dolayı təsiri var, amma KTMT-də birbaşa olan çəkisi yoxdur”- deyərək Şavarş Koçaryan bu gün  parlamentdə millət vəkili Arman Babacanyanın sualına cavab verərkən  bəyan edib. Xarici işlər nazirinin müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsində “2002-ci il oktyabrın 7-də  dəyişiklik etmək barədə” İkinci Protokolun təsdiq edilməsi haqqında qanun layihəsini parlamentə təqdim  edib. Koçaryanın sözlərinə görə, mövcud qaydalara görə, dövlətlər KTMT-də müşahidəçi statusu ala bilər, lakin bu barədə hələlik ətraflı məlumat yoxdur. Təklif olunan dəyişikliklər, nazir müavininin sözlərinə görə, prosesi aydınlaşdırır və müşahidəçi statusuna dair tələbləri təqdim edir. Bundan başqa, KTMT-də tərəfdaş statusu nəzərdə tutulur.

“KTMT-dəki dövlətlər və ya beynəlxalq təşkilatlar yalnız tərəfdaş statusunu konsensus yolu ilə əldə edə bilərlər, yəni yalnız üzv dövlətlərin razılığı ilə bu həyata keçirilə bilər. Dövlətlərdən  heç olmazsa biri qarşı çıxasa, onda status verilmir. Tələblər var. Bu status, tərəfdaşların, müşahidəçilərin, təşkilatın fikirlərini bölüşmələrini və KTMT-a və üzv ölkələrə zərər verə biləcək addımlar atmamasını şərtləşdirir”-deyərək nazir müavini əlavə edib. Babacanyanın Azərbaycanın KTMT-də müşahidəçi və ya tərəfdaş statusuna sahib ola biləcəyindən narahatlığınına cavab olaraq,  nazir müavini bu statusun bütün üzv dövlətlərin mütləq razılığı ilə veriləcəyini  bildirdi. “Hər hansı bir dövlətə müşahidəçi və ya tərəfdaşlıq  statusu qazanmaq üçün  bir araya gəlməliyik. Üstəlik,  xatırlanan dövlət, yəni, Azərbaycan buna tam   əsaslıdır … Düşünmürəm ki, iş o yerə çatacaq ki, biz tənha qalacağıq. Bizim arqumetasiyamız olduqca şəffafdır. Mübahisəmiz çox aydındır, zənnimcə, heç bir  narahatlığımız olmamalıdır”-deyərək nazir müavini əlavə edib.

Daha çox göstər
Back to top button