Siyasət

Yerevan Azərbaycanın KTMT-yə üzvlüyünə razılıq verməyəcək

Ermənistan suveren dövlətdir və Ermənistanın maraqlarını nəzərə almadan KTMT-də qərarlar qəbul edilə bilməz.

Bu barədə ER Parlamentinin iclasında Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı haqqında ikinci protokolun ratifikasiya ilə bağlı müzakirələr ərzində “Mənim addımım” fraksiyasının deputatı Ruben Rubinyan bildirib.

O qeyd edib ki, KTMT-də tərəfdaş ölkələr və müşahidə dövlətlərin statusunun gücləndirilməsi Ermənistana təşkilatda mövcudluğu Ermənistan tərəfindən müsbət qiymətləndiriləcək ölkələri təşkilata cəlb etməyə imkan verəcəkdir.

“Azərbaycan nə tərəfdaş, nə də müşahidəçi ölkə olmayacaq, çünki Ermənistan konsensus təmin etməyəcək”- deyə R. Rubinyan vurğulayıb.

Daha çox göstər
Back to top button