İctimaiyyət

Əli Kərimlinin mühafizəçisi oğurlanıb

Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ruslan Əmirli sentyabrın 10-da saat 15:30 radələrində naməlum şəxslər tərəfindən oğurlanıb.

Partiya rəhbərliyi bu məlumatı təsdiq edib. Mövcud məlumata görə, fəalı xəstə bacısını ziyarət etmək üçün getdiyi Milli Onkologiya Mərkəzinin qarşısında naməlum şəxslər oğurlayıb. Oğurlandıqdan sonra Əmirlinin mobil telefonuna zəng çatmır.

O, AXCP-nin Nərimanov rayon təşkilatının üzvüdür, həmçinin, ictimai əsaslarla partiya lideri Əli Kərimlinin mühafizəsini təmin edən qrupa daxildir. Kərimlinin özünün sözlərinə görə, son günlər facebook-da “Milli fədailər” qrupunun ailə üzvləri Əmirlini təhdid edirdilər.

“Onlardan biri Ruslana zəng edib və onu mənə mıxlamaqla təhdid edib”, deyə Əli Kərimli öz səhifəsində yazıb.

Polis Ruslan Əmirliyinin ünvanına açıq-aşkar hədələrə məhəl qoymayıb, baxmayaraq ki, başqa vaxt sosial şəbəkələrdə tənqidi ifadələrə görə müxalifətçiləri həbs edir.

AXCP-yə növbəti təzyiq dalğası son illər müxalifətin mitinqlərini keçirdiyi Yasamal rayonundakı “Məhsul” stadionunun sökülməsi haqqında məlumatlarla eyni vaxta təsadüf edib. AXCP lideri hakimiyyətin bu addımını müxalifətin etiraz aksiyalarının qarşısını almaq cəhdi kimi qiymətləndirir.

Daha çox göstər
Back to top button
Close