BaşlıcaTəhlil

Ermənistanda qeyd olunmuş zəlzələnin epikmərkəzində yeraltı təkan 6-7 bal gücündə olub

Sentyabrın 10-da yerli vaxtla saat 20:22  radələrində (Qrinviç vaxtıyla 16:22-də) Fövqəladə hallar nazirliyinin (FHN) Seysmik Mühafizə şəbəkəsi  tərəfindən  Şimal genişliyində  41.080 və  Şərq uzunluğuyla 43.940 coğrafi koordinatlarla  (Ermənistan-Gürcüstan sərhəd xəttinin Bavra kəndindən 13 km Şimal-Şərqə doğru) ocağı 10 km dərinlikdə,4.8 maqnitutla zəlzələ baş verib.

ER Fövqəladə Hallar nazirliyindən verilən məlumata görə, zəlzələnin epikmərkəzi  6-7 bal  təşkil edib.İlkin məlumatlara görə, zəlzələ Şirak, Lori, Tavuş, Aragatsotn, Armavir və Yerevanda hiss edilib. İlkin məlumatlarla zəlzələ nəticəsindən ER ərazisində ölüm hadisələri və dağıntılar  qeyd edilməyib.

Zəlzələnin epikmərkəzi Ermənistan Respublikasının dövlət sərhəddindən 7,5 km məsafədədir.

Daha çox göstər
Back to top button