
Sentyabrın 11-də Artsax Parlamentində “Artsax-Fransa” dostluq dairəsinin üzvlərinin, Artsax Respublikasının deputatlarının, nazirlərinin və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə fransalı deputatları ilə görüş keçirilib. Bu barədə Artsax Respubliaksının Parlamentindən məlumat verilib.
Artsax Respublikasının Parlamentinin sədri, “Artsax-Fransa” dostluq dairəsinin sədri Aşot Ğulyan Artsax haqqında informasiya yaymaq və Artsax xalqının hüquqlarını qaldırmaq istiqamətində Fransada Artsaxın dostlarının fəaliyyətini yüksək qiymətləndirdi.
“ Əminliklə deyə bilərəm ki, Artsax Parlamentinin xarici əlaqələrində Fransa ilə bağlı istiqamət ən fəalıdır, dostluq dairəsi isə ən yaxşı institusional quruluşudur. Bizim birgə gündəmliyi irəliyə sürmək, əməkdaşlıq dairələrini genişləndirmək üçün bütün ön şərtlərimiz var”-deyə Aşot Ğulyan qeyd etdi.
Fransa Parlamentinin deputatı, “Fransa-Artsax” dostluq dairəsinin sədri Gi Desien qəbula görə minnətdarlığını bildirərək, qeyd etdi ki, Vətən azadlığı uğrunda canlarından keçmiş azadlıq döyüşçülərinin parkında Fransa və Artsaxın yaşayış yerlərinin dostluq lövhəsinin açılması çox böyük şərəfdir.
“Fransa-Artsax” dairəsinin sədri çıxışında Artsaxın xaricdə tanınması yollarından danışıb. O deyib ki, öz imkanları çərçivəsində məqsədinə çatmaq üçün əlindən gələni edəcək.
Fransanın Parlamentinin sədri, “Fransa-Artsax” dostluq dairəsinin qurucusu-üzvü Valeri Buayen nümayəndə heyətinin səfərinə toxunaraq qeyd etdi ki, hər yerdə Artsaxda gördüklərini anlatacaqlar.
“Dünya tərəfindən unudulan münaqişə barədə danışmalıyıq. Dünyanın bu çətin hissəsində siz mübarizə, müqavimət, demokratiya nümunəsiniz”-deyə o qeyd etdi.
Farnsanın digər parlamentariləri çıxışlarında Artsax xalqının təməl hüquqlarının qorunamsı, Artsax və Fransa arasında humanitar istiqamətlərində əməkdaşlığa dair təkliflərə toxunublar.
Səhər saatlarında nümayəndə heyəti Stepanakertin Memorial Kompleksini ziyarət edərək, Erməni Soyqırımının qurbanlarının xatirəsinə ucadılmış abidənin önünə əkil qoydu, Avropa Parlamentinin fransalı deputatı, erməni xalqının dostu Anri Sabinin xatirəsini ehtiramla yad edib. Nümayəndə heyəti Artsax azadlığı uğrunda canlarından keçmiş hərbi qəhrəmanların məzarları üzərinə gül dəstələri düzüb.