Artsax Respublikası prezidenti ilə müxtəlif məsələləri müzakirə etdik və Fransa ilə ermənilər arasında uzun illər davam edən sərhədsiz dostluğun mövcudluğunu bir daha da gördük. AR prezidenti Bako Sahakyanla görüşdən sonra bunu “Fransa-Artsax” dostluq dairəsinin sədri Gi Tesien deyib.
Artsaxın beynəlxalq tanınmasında Fransa parlamentarilərinin roluna toxunan Tesien deyib ki, Fransa parlamentariləri qərarlar almırlar, lakin təkliflər təqdim edə bilirlər.
“Bizim nümayəndə heyətimizin tərkibinə müxtəlif siyasi baxışları olan parlamentarilər daxildir. Səfərimizin əsas məqsədi Artsaxı daha yaxşı tanımaq və sülh üçün təkliflər təqdim etməkdir. Dünyada başqa siyasi vəziyyətdə olan digər birləşmələr də var və onlar haqqında Artsaxdan çox danışılır. Bu baxımdan, biz parlamentarilər deyirik ki, ikili standartlar olmamalıdır. Bu şəraitlərdə həll tapan ölkələr varsa, biz də Artsax məsələsində həllər tapmalıyıq”,-deyə Gi Tesien qeyd etdi.