İctimaiyyət
ER ikinci prezidenti Robert Koçaryan və digərlərin məhkəməsi başlayıb

Yerevanın Birinci instansiya məhkəməsinin Şenqavit iqamətgahında hakim Anna Danibekyanın sədriliyi ilə 1 mart məsələsi ilə konstitusiya quruluşunu devirməkdə günahlandırılan ER ikinci prezidenti Robert Koçaryan və digərlərinin məhkəməsi başladı.
RadioLur yazır ki, ilk dəfə iş üzrə bütün ittiham olunanlar – Ermənistanın ikinci prezidenti Robert Koçaryan, Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, ER keçmiş müdafiə naziri Seyran Ohanyan və ER keçmiş baş nazirinin müavini Armen Gevorgyan məhkəmədə idi. Onlardan yalnız Robert Koçaryan həbsdədir. Koçaryanın tərəfdarları və əleyhdarları məhkəmə qarşısında etiraz aksiyası keçirirlər. Polis vəziyyəti nəzarət altında saxlayır.