Siyasət

Semerikov: “KTMT-də Azərbaycana status vermə barədə heç bir müzakirə olmayıb”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında hər hansı bir ölkəyə tərəfdaş, müşahidəçi və ya üzv statusu vermə barədə qərar konsensus ilə keçirilir. Sentyabrın 12-də jurnalistlərə müsahibəsində KTMT baş katibinin öhdəliklərinin müvəqqəti icraçısı Valeri Semerikov bildirib.

KTMT-də Azərbaycana status verməsinə gəlincə KTMT-nin baş katibinin öhdəliklərinin müvəqqəti icraçısı vurğulayıb ki, Azərbaycan tərtəfindən heç bir ərizə olmayıb, bu məsələ müzakirə olunmayıb.

“Belə məlumat haradan gəlir? Kimsə bir yerdə öz fikirlərini deyib və oradan bu məsələnin müzakirələri başlayıb. KTMT-nin üzv ölkələrinin qəbul etdiyi  prosedur qaydaları var və bunlar mütləq yerinə yetirilməlidir. Məhz bundan sonra status məsələsi müzakirə edilə bilər”- deyə Semerikov deyib.

Օ vurğulayıb ki, status məsələsi konsensusun təmin olanda qəbul edilir.

“KTMT üzv ölkələrinin birin razılığı olmazsa, əlbətdə qərar olmayacaq. Buna görə də istifadə etdiyimiz nizamnamə və müqavilə var. Siz bir necə dəfə əmin olmuşsunuz. KTMT-nin baş katibinin təyin etmə məsələsinin nə qədər davam etdiyini özünüz də gördünüz. Konsensusa çatanadək və  bütün üzv dövlətlərinin imzası olmayanadək qərar qəbul olunmayıb”- deyə Semerikov qeyd etdi.

Daha çox göstər
Back to top button