İctimaiyyət

Arif Məmmədov: “Müxalifətə qarşı repressiyalar hakimiyyətlə münasibətin radikallaşmasına səbəb oldu”

Azərbaycanda Demokratiya Naminə Hərəkatın yaradıcısı Arif Məmmədovun sözlərinə görə, konfrans, görünür, Avropa Şurası Parlament Assambleyasının yenidən seçilmiş prezidenti Lilian Mori Paskyenin Bakıya səfəri ərəfəsində hakimiyyət və müxalifət arasında dialoq görüntüşünü yaratmaq məqsədilə təşkil olunmuşdu.

Bundan əlavə, bütün əlamətlərə görə, hakimiyyət növbədənkənar parlament seçkilərinə hazırlaşır, bundan əvvəl isə beynəlxalq təşkilatların gözündə öz imicini bir az yaxşılaşdırması lazımdır. Hakimiyyət başa düşür ki, konfransda iştirak edən müxalifət nümayəndələri əslində belə deyil və ən başlıcası cəmiyyət tərəfindən mövcud hakimiyyətə müxalifət kimi qəbul edilmir.

Bundan əlavə, konfransda hakimiyyət nümayəndələrinin qıcıqlandırıcı bəyanatları onun bu dialoqda az maraqlı olduğunu göstərir.

Belə ki, hakimiyyət tərəfinfən əsas iştirakçılardan biri, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov konfrans iştirakçılarına replika atıb ki, gəlin, tez danışaq və işimizə davam edək. Hər birimizin daha ciddi problemləri var. Bu, bir daha göstərir ki, konfransı sırf görüntü üçün təşkil edilib.

Daha çox göstər
Back to top button