BaşlıcaSiyasət

Məhkəmə ER üçüncü prezidentinin qardaşı barəsində həbs qətimkan tədbiri seçib

Məhkəmə “Şimal-Cənub” işində təqsirləndirilən şəxs qismində cəlb olunmuş ER üçüncü prezidenti Serj Sargsyanın qardaşı Lyova Sargsyan barəsində həbs qətimkan tədbiri seçib.

Bu haqda ER İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Naira Harutyunyan öz Facebook səhifəsində yazıb.

“ER İstintaq Komitəsinin xüsusi əhəmiyyətli işlər üzrə istintaq idarəsində “Şimal-Cənub yol dəhlizi” layihəsinin hazırlanma və həyata keçirmə prosesində baş verən sui-istifadə halları ilə bağlı açılmış cinayət işinin ibtidai istintaqı davam etməkdədir”,-deyə Harutyunyan yazdı.

Daha çox göstər
Back to top button