Siyasət

XİN: “Azərbaycan KİV-ləri Georgi Tseretelinin fikirlərini redaktə ediblər”

Azərbaycan KİV-lərində ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelinin müsahibəsi redaktə edilib. Bu barədə jurnalistlərə müsahibəsində ER Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan deyib.

O vurğulayıb ki, Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan müsahibə ilə əlaqədar Georgi Tseretli ilə görüşüb.

“Bu məsələyə Ermənistanın ATƏT-də Daimi Nümayəndəliyi də toxunub. ATƏT Parlament Assambleyasının nümayəndələrinin bildirdiyinə görə, Georgi Tsereteli müsahibəsində erməni tərəfinin açıqlamalarına heç bir münasibət verməyib.O, ATƏT Minsk qrupunun həmsədrlərinin formatını dəstəkləyir, həmçinin münaqişənin sülh yolu ilə nizamlanması üçün uyğun mühitin yaradılmasına əhəmiyyət verir”- deyə Nağdalyan qeyd etdi.

Xarici İşlər Nazirliyinin mətbuat katibinin sözlərinə görə, bu ilk dəfə deyil ki, münaqişənin nizamlanmasına dair Azərbaycanda vəzifəli şəxslərin şərhləri təhrif olunur. Bu münaqişənin ışıqlandırmasında Azərbaycan mediasına olan etibarın artırmasına dəstək vermir, bu sadəcə təbliğat xarakteri daşıyır.

Daha çox göstər
Back to top button