BaşlıcaSiyasət

Erməmistanın Baş naziri MTX direktorunun vəzifəsindən azad olunması barədə ərizəsini imzalayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın vəzifəsindən azad olunması barədə ərizəsini imzalayıb.

 Bu barədə ER Baş naziri N. Paşinyan bugünkü mətbuat konfransı zamanı bildirib.

“Milli Təhlükəsizlik Xidmətinin direktorunun vəzifəsindən azad olunması barədə ərizəsini imzalamışam və Ermənistan prezidenti müvafiq sərəncamı bir-iki gün ərzində imzalayacaq. Bu MTX direktoru ilə qarşılıqlı, bir neçə müzakirələr nəticəsində olub.Cənab Vanetsyanın sonrakı fəaliyyəti üçün bir neçə ssenarini müzakirə etdik”, – deyə Paşinyan bildirib.

Baş nazir qeyd etdi ki, hazırda Ermənistan Futbol Federasiyasının prezidenti Artur Vanetsyan Ermənistan milli komandasının Avropa çempionatının finalına getirilməsinə diqqət yeriəcək.

Qeyd edək ki, Artur Vanetsyan bu vəzifəyə 2018-ci ilin mayın 10-da təyin olunmuşdu.

Daha çox göstər
Back to top button
Close