Sentyabrın 21-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarına işgüzar səfər edəcəkdir.
ER Baş nazirinin iş heyətindən verilən məlumata görə, Nikol Paşinyanın ABŞ –a səfəri Los Ancelesdən başlayacaq.Sentyabrın 22-də Baş nazir Los Ancelesin mərkəzində Grand Parkdakı mitinqdə iştirak edəcək və orada nitlə çıxış edəcək.
Nikol Paşinyan, həmçinin Kaliforniya və Los Anceles rəhbərliyi, ABŞ-ın Şərq sahilindəki erməni icmasının mənəvi və dünyəvi quruluşlarının rəhbərləri və erməni mətbuatının nümayəndələri ilə
görüşlər keçirəcəkdir. Biznes forumda həm də yerli işgüzar dairələrin nümayəndələrinin iştirakı planlaşdırılır.
Los-Ancelesdən Baş nazir Silikon Vadisi olan San Hose-yə səfər edəcək, burada yüksək texnoloji şirkətlərin nümayəndələri ilə yanaşı, erməni mütəxəssisləri ilə də görüşəcəkdir.
Daha sonrasa Nikol Paşinyan Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 74-cü sessiyasında iştirak edəcəkdir. Ermənistan Baş nazirinin BMT Baş katibi Antonio Quterreş ilə görüşləri, habelə müxtəlif ölkələrin həmkarları ilə bir sıra ikitərəfli görüşləri təşəbbüs olunub.