EkonomikaTəhlil

İqtisadçı: Növbəti ilin büdcəsinin xarici şoklardan asılılığı artıb

2020-ci ildə büdcənin sosialyönümlü xərcləri cəmi xərclərin 40,7 faizini və ya 11253,7 milyon manat təşkil edəcək. 2019-cu ildə bu faiz 30,8 olub. Yeni rəqəm builkindən 2664,2 milyon manat çoxdur.

Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsi layihəsi üzərində işləri yekunlaşdıraraq sənədi Nazirlər Kabinetinə təqdim edib. Nazirlik bu sənədin bəzi konturlarını açıqlayıb.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, sənəddə bir xeyli məlumatlar var. Ancaq onların içində cari ilin büdcəsi ilə müqayisədə 4-5 məqam diqqəti cəlb edir:

İqtisadçı deyir ki, icbari tibbi sığortanın tətbiqi üzrə xərclər də artıb.

Maliyyə Nazirliyinin açıqlamasında bildirilir ki, 2020-ci ilin büdcəsində ilk dəfə olaraq cari xərclərin cəmi xərclərdə xüsusi çəkisi 60 faizi ötəcək.

Qubad İbadoğlu deyir ki, bu, qeyri-neft gəlirlərinin büdcənin cari xərclərinin 80 faizini ödəyə biləcəyi anlamına gəlir: “Cari xərclərin yerdə qalan 20 faizi, dövlət borcuna xidmət xərcləri və əsaslı xərclər bütövlükdə neft gəlirləri hesabına maliyyələşdiriləcək. Bu isə o deməkdir ki, Azərbaycanda hələ də büdcənin artan xərcləri qeyri-resurs sektoru hesabına təmin edilməsi mümkün deyil. Beləliklə də, növbəti ilin büdcəsinin xarici şoklardan asılılığı artıb və büdcə gəlirlərinin təmin olunması riski çoxalıb”.

Sənəddə o da bildirilir ki, 2020-ci ilin büdcə layihəsi ilk dəfə olaraq Maliyyə Sabitliyi Şurasında da müzakirə olunub.

Daha çox göstər
Back to top button
Close