BaşlıcaSiyasət

Parlamentin “Mənim addımım” fraksiyası Hrayr Tovmasyanın səlahiyyətlərini dayandırmaq prosesinə başlamaq qərarına gəlib

ER parlamentinin “Mənim addımım” fraksiyası  Konsitusiya Məhkəməsinin (KM) üzvü  Hrayr Tovmasyanın səlahiyyətlərinə xitam verilməsi prosesinə başlamağa qərar verdi.

Bu haqda  “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts jurnalistlərlə söhbətində qeyd edib.

“Mənim addımım” fraksiyasının üzvü Vladimir Vardanyan prosesin hüquqi məsələlərinə toxunub. O, qeyd edib ki, proses KM sədrinin  vəzifəsinin səlahiyyəti müddəti ilə bağlı deyil.

“KM üzvünün səlahiyyətlərinə xitam verilməsinin əsaslarından biri intizam pozuntusudur. Bu prosesi parlament fraksiyası müvafiq qərar layihəsiylə parlamentə  müraciət edə bilər.

Parlament , məsələni araşdıraraq, gizli səsvermə yolu ilə Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlir. Bu məsələdə Konstitusiya Məhkəməsi son qərarı verir.

Digər əsas isə Koçaryanın məhkəmə işinin tərəflərindən birinin nümayəndəsiylə Hrayr Tovmasyanın  yaxın münasibətdir ki, o da prosessin  obyektivliyini şübhə altına ala bilər. Söz Aram Orbelyan haqqındadır. Tam paket hazır olduqda qalan əsaslarla təffərrüatlı və yaxından tanış olacaqsınız”- deyərək Vladimir Vardanyan bəyan etdi.

Daha çox göstər
Back to top button