
Yerevan şəhərinin ümumi yurisdikasiya məhkəməsinin Şengavit şöbəsində hakim Anna Danibekyan sentyabrın 17-də ER ikinci prezidenti Robert Koçaryana qarşı həbs qətimkan tədbirinin qaldırılması və cinayət təqibinin dayandırılması barədə müdafiəçilərin vəsatəini imtina edib. Robert Koçaryan həbsdə qalmağa davam edəcək.
Sentyabrın 12-də Robert Koçaryanın və digərlərin işiylə ilk məhkəmə iclası zamanı Koçaryanın vəkillərinin qrupu Prezidnetin həbs qətimkan tədbirinin dərhal qardırılması və ona qarşı cinayət təqibinin dayandırılması barədə vəsatət təqdim edib.
Vəkillər Aram Orbelyan və Aram Vardyevanyan, Konstitusiya Məhkəməsinin sentyabrın 4-də qəbul edilmiş qərarına istinadən qeyd edib ki, Koçaryanın həbsi əsaslı deyildir.
İttiham tərəfinin fikrincə, Konstitusiya Məhkəməsinin qərarı bu işi barədə deyildir, istefada olan prezident onun statusundan irəli gələn hərəkətlərdə ittiham olunmur, buna görə də Koçaryanın sərbəst buraxılması üçün heç bir səbəb yoxdur.