Sabiq təhlükəsizlik zabiti Zakir Həsənovun müsahibəsindəki uyğunsuzluqlarını qeyd edib

Amerika Birləşmiş Ştatlarında yaşayan sabiq təhlükəsizlik zabiti, “Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu öz bloqunda hərbi təyyarənin qəzaya uğraması ilə bağlı 2-ci sensasion yazısını yazıb. Criminal.az Ə.Oruclunun “Azərbaycanın hərbi təyyarəsi vuruldu yoxsa qəzaya uğradı?” adlı yazısını olduğu kimi təqdim edir. Ə.Oruclu yazır: Bu ilin iyulunda ordumuzun MİQ-29 təyyarəsinin Xəzərə düşməsilə bağlı bir daha yazmayacaqdım. Ona görə yox ki, məsələ tam aydınlaşdırılıb və bütün suallar cavablandırılıb. Xeyr, sadəcə ona görə ki, nə qədər və nə yazsan da, buna əhəmiyyət verən yoxdur. Azərbaycanda hakimiyyət yoxdur, bu gün onu əvəz edən isə 2-3 qrupdur və onlar da öz aralarında ölkənin olan-qalan sərvətini bölüşdürməklə məşğuldular.
Qeyd edək ki, birinci dərcdə Ərəstun Oruclu yazıb:
“Nazir olduğu ilk gündən şoumenlikdən uzağa gedə bilməyən və öz müavini olan Baş Qərərgah rəisi Nəcməddin Sadıkovdan faktiki asılı olan şəxsdən nəsə gözləməyə dəyməz də.Beləliklə, qayıdaq Zakir Həsənovun bədnam müsahibəsinə. Bu başdan qeyd edim ki, nazir ya bilərəkdən (yüksək ehtimalla), ya da səriştəsizliyi üzündən ordunun vəziyyəti, ordudakı mənəvi atmosfer və Silahlı Qüvvələrə ictimai nəzarət haqda ucdantutma ağ yalanlar danışır”.
Yazda “Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Zakir Həsənovun müsahibəsindəki uyğunsuzluqlarını qeyd edib.