BaşlıcaBeynəlxalq

Suren Papikyan: “Ermənistan nüvə enerjisindən təhlükəsiz istifadə etməklə bağlı şəffaf siyasət seçib”

Ərazi idarəçiliyi   və infrastrukturlar üzrə nazir  Suren Papikyan  sentyabrın 15-18-də  Vyanada keçirilən Atom Enerji  Agentliyinin 63-cü (IAEA) Baş Assambleyasında iştirak edir. ER   Ərazi idarəçiliyi nazirliyindən  verilən məlumata görə, plenar iclasın bir hissəsi olaraq, nazir nüvə enerjisindən dinc məqsədlər üçün təhlükəsiz istifadənin Ermənistan üçün  olduqca önəmli olaraq qaldığını vurğulamış və  nitqlə çıxış  etmişdir.

 “Fəaliyyət  göstərən Atom stansiyası olan  ölkə olaraq Ermənistan nüvə enerjisindən etibarlı və dinc şəkildə istifadənin şəffaf və açıq siyasətini qəbul  edib.Gələcəkdə nüvə və radioloji təhlükəsizliyin artırılması və qorunması naminə onun gücləndirilməsini və həmin istiqamətdə  lazımi tədbirləri görməyi davam edəcəkdir”. MAQATE ilə əməkdaşlıq çərçivəsində artıq 40-a yaxın milli proqram həyata keçirilmişdir, hal- hazırda artıq  7-si həyata keçirilir.

Daha çox göstər
Back to top button