
Litvada rəsmi səfərdə olan Ermənistanın Xarici işlər naziri Zohrab Mnatsakanyanı, Litvanın Baş naziri Saulus Skvernelis qəbul edib. Xİ nazirliyindən verilən məlumata görə, tərəflər Ermənistan və Litva arasında yüksək səviyyəli tərəfdaşlığı və müxtəlif səviyyəli dialoqları yüksək qiymətləndirib.
Elektron idarəetmə, informasiya texnologiyaları, maliyyə texnologiyaları, biotexnologiya, yaradıcılıq təhsili və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, habelə Ermənistan və Litva arasında təcrübə mübadiləsinə yönəlmiş layihələrin təşəbbüs və həyata keçirilməsinə toxunulub.
Hərtərəfli Tərəfdaşlıq Sazişi çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq barədə əhatəli şəkildə fikir mübadiləsi aparılıb.Regional məsələlər kontekstində hər iki tərəf də Cənubi Qafqazda regional sülh və sabitliyin qorunub saxlanmasının vacibliyini vurğuladılar.