İctimaiyyət

Minlərlə Azərbaycan vətəndaşına vergi borcuna görə ölkədən çıxış qadağası qoyulub

Vergi ödəyicilərinin sayı artdıqca ölkədən getmək hüququ məhdudlaşdırılanların sayı da artır.

Bunu “Report” saytına Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

O qeyd edib ki, əvvəllər vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş vergi ödəyicilərinin sayı onlarla ölçülürdüsə, indi minlərlədir.

“Hazırda respublikada 1,034 milyondan çox vergi ödəyicisi qeydiyyatdan keçib. Vergi ödəyicilərinin sayı artdıqca ölkədən getmək hüququ məhdudlaşdırılanların sayı da artır. Hamı istəyərdi ki, bu siyahıda azalma olsun və heç kim istəmir ki, ölkədən getmək hüququ məhdudlaşdırılsın”, – nazir müavini deyib.

S.Ələkbərovun sözlərinə görə, hazırda həmin vergi ödəyicilərinin adını VÖEN və ya FIN-koda uyğun sistemdə tapmaq mümkündür.

Daha çox göstər
Back to top button
Close