İctimaiyyət

Müsavatçı gənc prokurorluğa çağırılıb

Sentyabrın 17-də Müsavat Partiyasının üzvü Əbülfəz Sadıqbəyli Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırıldığını bildirir.

Onun AzadlıqRadiosuna verdiyi məlumata görə, idarədə 2 saatdan çox ifadə verib.

Ə.Sadıqbəylinin sözlərinə görə, onu idarəyə bugün, sentyabrın 17-də səhər saat 8-də zəng vuraraq çağırıblar: «Mənə aidiyyəti olmayan cinayət işi üzrə şahid qismində ifadə verdim. İltizam verdiyimə görə işin detallarını açıqlaya bilmərəm».

Ə.Sadıqbəyli vurğulayıb ki, bundan əvvəl də bir cinayət işi üzrə şahid qismində dəvət olunsa da, sonra təqsirləndirilən şəxsə çevrilib və həbs olunub. «İndi da belə variant istisna etmirəm, hər şey ola bilər», – Ə.Sadıqbəyli əlavə edib

Baş Prokurorluğun mətbuat xidmətindən «Turan» agentliyinə bildiriblər ki, Ə.Sadıqbəyli istintaq zəruriyyəti yarandığına görə dəvət olunub. Məsələ ilə bağlı qurumdan əlavə məlumat almaq mümkün olmayıb.

Daha çox göstər
Back to top button
Close