BaşlıcaSiyasət

Ermənistan İsraildə səfirlik açacaq

Hökumətin bugünki iclasında İsraildə Ermənistan Respublikasının səfirliyinin açılması barədə qərar layihəsi müzakirə olunub.

ER Xİ naziri Zohrab Mnatsakanyan əvvəlcə Ermənistan Respublikasının və İsrail Dövləti arasında diplomatik əlaqələr hələ 1992-ci ilin aprelində təsdiq etdiyini  xatırladaraq, səfirliyin açılması zəruriyyəti barədə danışdı və  layihəni təqdim etdi. “İsraildə  səfirliyin açılması zəruriyyəti İsrailin Yaxın Şərqdə əhəmiyyətli bir geosiyasi oyunçu olması siyasəti ilə bölgənin formalaşmasına və sabitliyinə birbaşa təsir göstərməsi ilə şərtlənir. Səfirliyin yaradılması həm də çoxəsrlik erməni varlığını, zəngin tarixi-mədəni irsi, Apostol Kilsəsinin Müqəddəs  yerlərin qanuni sahibi kimi qoruyub saxlama prosesinə dövlət səviyyəsiylə cəlb etmək məqsədi daşıyır”- deyə nazir Mnatsakanyan deyib.

Daha çox göstər
Back to top button