İctimaiyyət

Məhkəmə İkram Rəhimovun həbs müddətini üç ilə endirdi, jurnalist etiraz edir

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə realliq.info saytının redaktoru İkram Rəhimovun həbs müddətinin 5,5 ildən 3 ilə endirilməsi barədə qərar qəbul etdiib. Jurnalist məhkəmənin qərarına etiraz edib və yenidən ikinci dəfə aclığa başladığını bildirib. Bu barədə Amerikanın Səsinə jurnalistin ailəsindən bildiriblər.

Jurnalist İkram Rəhimov Azərbacyan prezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə həbs oldunduğunu bildirir. Jurnalist həmçinin Avropa qurumları tərəfindən ayrılan qrantların və dövlətin medianın inkişafına ayırdığı vəsaitin hökumət məmuruna yaxın media qurumları arasında bölündüyünü deyib. Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində Rəhimovun işi üzrə hazırlıq iclası başlayıb.Müdafiə tərəfi təkrar məhkəmə istintaqı keçirilməsi, birinci instansiya məhkəməsinə verdikləri ifadələr saxtalaşdırıldığına görə şahid və zərərçəkmişlərin yenidən dindirilməsi haqqında vəsatət qaldırıb.

Vəkil həmçinin eyni səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizasının təyin edilməsini xahiş edib. Amma vəsatətlər təmin edilməyib.Etiraz əlaməti olaraq Rəhimov avqustun 7-də məhkəmə zalında aclığa başladığını bəyan edib. O sentyabrın 4-dək aclığı davam etdib. ABŞ-da qərargahlanan Jurnalistləri Müdafiə Komitəsi (JMK) Azərbaycan hakimiyyətindən jurnalist İkram Rəhimovun təqibinə son qoymağı və onu həbsdən dərhal azad etməyi tələb edib.

Daha çox göstər
Back to top button