BaşlıcaBeynəlxalq

“Boeing”-in nümayəndələri Paşinyan ilə görüşərkən ER-da mümkün fəaliyyətlərə toxunmuşlar

ER Baş naziri Nikol Paşinyan “Boeing” Beynəlxalq Korporasiyasının sədr müavini Riçard Muehelenbeki, Korporativ marketinq üzrə direktoru Alem Vali və baş maliyyə direktoru Mher Papyanı qəbul edib.

Həmsöhbətlər aviasiya sahəsində əməkdaşlıqla bağlı məsələləri müzakirə etmişlər.

Baş nazir qeyd edib ki, Ermənistan hökuməti dünyaca məşhur “Boeing” Korporasiyası ilə qarşılıqlı faydalı əməkdaşlıqda olduqca maraqlıdır. Nikol Paşinyan ölkəmizdə aviasiya sahəsinin inkişafına əhəmiyyət verərək, sektorun hökumətin diqqət mərkəzində olduğunu bildirib.

Boeing rəhbərliyinin nümayəndələri ölkəmizdə mümkün fəaliyyət və əməkdaşlıq istiqamətlərinə, o cümlədən aviasiya bazarının imkanlarına toxunmuşlar.

Daha çox göstər
Back to top button