BaşlıcaBeynəlxalq

İstanbulda Azərbaycan vətəndaşlarının deportasiyasına başlanılıb

İki gündür ki, Türkiyənin İstanbul şəhərində qanunsuz işləyən Azərbaycan vətəndaşlarının deportasiyasına başlanılıb.

Bu barədə Gununsesi.org-a Türkiyədən Naxçıvana deportasiya olunan vətəndaşlar bildirib. Onların sözlərinə görə, illərdir ki, Azərbaycan, xüsusilə, Naxçıvan Muxtar Respublikasından olan on minlərlə insan Türkiyədə çalışıb. 2-3 min adamı yaxın günlərdə geri qaytaracaqlar.
 
“Hamı bilir ki, Naxçıvanda işsizlikdir. Necə olacaq, bilmirik” deyən Muxtar Respublika sakinləri həyatlarını taleyin axarına buraxdıqlarını bildirib.

Türkiyənin Azərbaycandakı səfiri məlumatı şəhr edərək, Türkiyədən Azərbaycana  sadəcə bir Azərbaycan vətəndaşının deportasiya edildiyi bildirdi. O, həm də vurğuladı ki, günlər əvvəl Azərbaycan və Türkiyə hökumətləri arasında  razılaşmalar əldə edilib, amma xırdalıqları qeyd etmədi.
 
Gununsesi.org-un araşdırmasına görə, Türkiyə 5 minə yaxın azərbaycanlıya bu ölkəyə girişi məhdudlaşdırıb.


Daha çox göstər
Back to top button