BaşlıcaİdmanSiyasət

ER Baş naziri Kaliforniya qubernatorunun müavini və Los Ancelesin şəhər hakimiyyəti nümayəndələriylə görüşüb

 İşgüzar  səfərlə  ABŞ-da olan ER Baş naziri Nikol Paşinyan Los Ancelesin Şəhər Şurasının  hakimiyyətləri və nümayəndə üzvüləriylə  görüşlər keçirib. ER Baş nazirin iş heyətindən verilən məlumata görə Kaliforniyanın  qubernator müavini  Eleni Kulanaqis ilə görüşərkən  Baş nazir Ermənistanın demokratiyanı iqtisadi cəhətdən gücləndirmək və demokratik tərəfdaşlarla əməkdaşlıq etmək istədiyini qeyd etdi. Baş nazirin sözlərinə görə, Kaliforniya ABŞ-ın ən yenilikçi ştatlarından biridir, texnologiya nailiyyətlərinə görə dünya lideridir və Ermənistan texnologiya sektorunda önəmli ölkə olaraq Kaliforniya ilə əməkdaşlığın dərinləşdirilməsinə böyük əhəmiyyət verir. Həmsöhbətlər Baş nazirin Silikon Vadisinə gələcək səfəri, demokratiyanın inkişafı, Ermənistanın iqtisadi tərəqqisi, texnologiya, turizm, təhsil və digər əməkdaşlıq sahələri barədə fikir mübadiləsi aparmışlar.

Daha çox göstər
Back to top button