İctimaiyyət

Məhkəmə vəkilin iddiasına baxmaqdan imtina edib

Vəkil Əsabəli Mustafayev Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovdan məhkəməyə şikayət verib. Amma məhkəmə şikayəti icraata qəbul etməkdən imtina edib.

Şikayət AİHM-nin təyin etdiyi kompensasiyaların ərizəçilərə ödənilməməsi, AİHM-nin müəyyən etdiyi ödənişlərin də vəkilə ödənilməməsi ilə bağlıdır.

“Kompensasiların ödənilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitin xərclənməsi barədə informasiya sorğusu vermişəm, cavab verilməyib. Bu qanun pozuntusundan məhkəməyə şikayət vermişəm, məhkəmə iddianı qəbul etməyib”, deyə Mustafayev bildirib.

Mustafayev apellyasiya və kassasiya şikayəti vermək və nəticə almazsa, AİHM-ə müraciət etmək niyyətindədir. Vəkil fəaliyyətinin dayandırıla biləcəyini istisna etməyib.

“Qanuna edilmiş dəyişikliyə əsasən, vəkilə ödənişlər yalnız bank yolu ilə həyata keçirilə bilər. Mənim bank hesablarıma isə prokurorluq tərəfindən həbs qoyulub, vəsait oraya daxil olsa da, çıxarıla bilməz”, deyə vəkil qeyd edib.

Daha çox göstər
Back to top button