Siyasət

Sabah Ermənistanda genişmiqyaslı strateji təlimlər başlayacaq

Ermənistan Respublikasının Silahlı Qüvvılərinin 2019-cu ilin hazırlıq planına əsasən sentyabrın 24-də Ermənsitan Respublikasının ərazisində genişmiqyaslı strateji təlimlər başlayacaq. Təlimlərə dövlət və yerli özünüidarəetmə orqanları da cəlb olunub.

ER Müdafiə Nazirliyinin məlumatına əsasən, təlimlərin məqsədləri silahlı qüvvələrinin döyüş planlarını praktik yoxlamaq, cəlb olunan qüvvələrin təlimi, səfərbərlik məsələlərinin yerinə yetirilməsində ER dövlət və yerli idarəetmə orqanlarına, Silahlı Qüvvələrinin idarəetmə orqanlarına praktik təcrübəni vermək, təlimlərə cəlb olunan qüvvələrin, mənbələrin, səfərbərlik orqanlarının və resursların imkanlarını araşdırmaq və tənzimləmək, qərargah əməliyyatlarını uyğunlaşdırmaqdır.

Daha çox göstər
Back to top button