
Azərbaycanda girovluqda olan ER iki vətəndaşlarının məsələsi gündəmdədir.Həmin məsələyə həmçinin Nyu Yorkda Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin qarşıdakı görüşü ərzində toxunularaq müzakirə olunacaq.Bu haqda jurnalistlərlə görüşərkən ER Xarici işlər naziri Zohrab Mnatsakanyan Azərbaycan Xİ naziri Məmmədyarovla görüşərkən Azərbaycanda olan ER vətəndaşları və Artsaxda məhkum olunmuş Azərbaycan vətəndaşlarının əvəzedilməsi məsələsi müzakirə oluna bilərmi?-sualını belə cavablandırmışdır.
“Bizim danışıqlarımızın gündəmində bütün məsələlərin siyahısı var və onlar da bizim danışıqlarımızın gündəmini təşkil edir.Bunlar bəzi məsələlərlə məhdudlaşmır.Gündəlik, bizim üçün ən önəmli olan məsələlərin siyahisidir ki, o da sülh yoluyla həllə bir başa aid olan məsələlərdir. Bizim yanaşmalarımızı təqdim etmişik və orada bizim üçün mühüm olanı xüsusiylə vurğulamışıq.Bizim həmçinin digər çoxsaylı məsələlərimiz vardır və onlar olduqca vacibdir. Dinc danışıqlar prosesi üçün uyğun bir mühitin lazım olduğunu qeyd etmişik”-deyərək Mnatsakanyan sonra əlavə edib ki, həm də jurnalistin qaldırdığı məsələ var və o da vacibdir. Mnatsakanyanın təsəvvürünə görə Azərbaycanda olan ER vətəndaşları Arayik Ğazaryan və Karen Ğazaryan Ermənistana qaytarılmalıdır.Ona görə ki, bu olduqca ciddi insansevərlik məsələsidir. Nazir qeyd edib ki, onlar cinayətkarlıq etməmişlər və odur ki, insansevərlik addımı olaraq bir başa olan yol
onların geri qaytarılmasıdır.