Ermənistan investorlara müxtəlif sahələrdə, o cümlədən informasiya texnologiyaları, turizm, kənd təsərrüfatı, sənaye, enerji sahələrdə mükəmməl imkanlar verir.
Ermənistan-Los-Anceles biznes konfransı zamanı bu barədə ER-nın baş naziri Nikol Paşinyan deyib.
ER baş nazirinin administrassiyasından bildirildiyinə əsasən, Paşinyan qeyd edib: “Bizim hökumətimiz mülkiyyətin tam hüququnu təmin edərək, xarici investisiyalar üçün açıq qapılar siaysətini həyata keçirir. Xarici investorlara müdafiə edən beş illik qayda, xarici investisiya çərçivəmizin bir hissəsi olaraq onları qanunvericilik dəyişikliklərə qarşı toxunmaz hala çəvirir.
Beynəlxalq iqtisadi münasibətlər baxımından investisiyaların təşviqi və müdafiəsi barədə Ermənistanın 43 ölkəylə ikitərəfli razılaşmaları var. Ermənistan investisiya problemlərinin həlli üzrə beynəlxalq mərkəzin üzvüdür. İkiqat vergitutma və vergidən yayınma hallarının istisna edilməsinə dair 46 ölkə ilə müqavilələrimiz var. Bu o deməkdir ki, müqavilə bağlayan investorlara bir sıra zəmanətlər, xüsusən də milli rəftar, əmlakın müsadirə olunmasından qorunma, vəsaitlərin sərbəst köçürülməsi, habelə tam qorunma və təhlükəsizlik verilir.
Dünya bankının məlumatlarına əsasən, biznes ilə məşğul olmaq asanlığıyla Ermənistan 190 ölkələr sırasında 41-ci yerdədir. Əlverişli biznesə başlamaq baxımından Ermənistan 8-ci və əmlak və əmlak qeydiyyatı baxımından 14-cü yerdədir. İqtisadi azadıq göstəricisiylə Ermənistan dünyada 47-ci ən azad iqtisadiyyata malik olan ölkədir”.