
Ermənistan Respublikasında Silahlı qüvvələrin genişmiqyaslı təlimlərinə başladığı elan edilib. Bu haqda sentyabrın 24-də dəvət olunmuş mətbuat icmalında ER Silahlı qüvvələrinin Baş qərargah aparatının informasiya şöbəsinin rəisi Samvel Asatryan məlumatlandırıb. “ER SQ 2019-cu il hazırlığı planına əsasən bu gün Ermənistan Respublikası ərazisində “Silahlı qüvvələrin yerləşdirilməsi, rəqibin təcavüzünə qarşı mübarizə” mövzusuyla geniş miqyaslı strateji təlimlərə başlanılıb.Təlimlərdə eləcə də dövlət və yerli özünü idarəçilik orqanları tədbiq olunub.ER hökumətinin ER-da şərti olaraq hərbi vəziyyət elan etməklə bağlı qərarı alınıb. SQ hökumər orqanları və qoşunları döyüş hazırlığı dərəcəsinə gətirilib”-deyərək Asatryan qeyd edib.Təlimlərin məqsədləri aşağıdakılardır: ER Silahlı Qüvvələrinin yerləşdirilməsi və döyüş bölgələri planlarının praktiki yoxlanılması, cəlb olunmuş qüvvələrin və mənbələrin təlimləndirilməsi, səfərbərlik tapşırıqlarının icrası ilə dövlət və yerli özünüidarəetmə orqanlarının təmin edilməsi və resurs imkanlarını araşdırmaq və dəqiqləşdirmək, işçilərin fəaliyyətini həmahəng etməkdən ibarətdir.Təlimlər oktyabrın 5-dək davam edəcəkdir.