BaşlıcaSiyasət

ER Prezidenti Cybertech beynəlxalq konfransında çıxış edəcək

Ermənistan Respublikasının Prezidenti Armen Sarkisyan İtaliya Respublikasına işgüzar səfərə yola düşmüşdür. Bu barədə Prezidentin iş heyətindən bildirilib.Romada Prezident Sarkisyan kiber təhlükəsizlik mövzusunda beynəlxalq kibertexnoloji Cybertech nüfuzlu konfransda iştirak edəcəkdir.

Bu Kiber təhlükəsizliyə həsr olunmuş dünyanın aparıcı beynəlxalq platformalarından biridir. Cybertech konfransları və nümayişləri bu sahəyə maraq göstərənlər üçün ən son texnologiya yenilikləri ilə tanış olmaq, kiber təhlükəsizlik dünyasında yeni çağırışlar və onları aradan qaldırmağın mümkün yolları haqqında məlumat almaq üçün ən yaxşı bir yerdir.

Cybertech tədbirlərində qonaqlar  sırasında, dövlət sistemi, təhlükəsizlik və müdafiə, səhiyyə, sığorta və daha çox sahəni təmsil edən dünyanın aparıcı simaları vardır.Romada Prezident Sarkisyan bir sıra iri İtalyan şirkətlərinin rəhbərləri ilə görüşərək onları Ermənistana gəlməyə, investisiya əməkdaşlığı imkanlarını öyrənməyə və sazişləri əməli addımlara çevirmək üçün bəziləri ilə müzakirələri davam etdirməyə çağıracaq.

Daha çox göstər
Back to top button