
BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda işgüzar səfərdə olan Ermənistanın Xarici işlər naziri Zohrab Mnatsakanyan ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) ATƏT sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik ilə görüşüb.Bu haqda ER Xarici işlər nazirliyinin mətbuat katibi Anna Nağdalyan məlumat verib.