
Erməni tərəfi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün dialoqa hazırdır. Bu barədə Nikol Paşinyan FOX LA-nın müxbiri Araks Karapetyana müsahibəsində bildirib.
“Mən qeyd etmək istəyirəm ki, hər hansı bir həll yolu Ermənistan xalqı, Qarabağ xalqı və Azərbaycan üçün məqbul olmalıdır. Mən həll yolunu Azərbaycan xalqı üçün də məqbul olduğunu deyən ilk erməni lideriyəm. Bu səbəbdən məni tənqid ediblər. İndi Azərbaycan prezidentinin eyni formulanı söyləyəcəyini və qəbul edəcəyini gözləyirəm. Hər hansı həll yolu Azərbaycan, Ermənistan və Qarabağ xalqları üçün məqbul olmalıdır”-deyə Paşinyan qeyd etdi.
O, əlavə etdi ki, əgər İlham Əliyev bu formulanı qəbul edsəydi, biz “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına çox yaxın olardıq”.