BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda işgüzar səfərdə olan Ermənistanın Xarici işlər naziri Zohrab Mnatsakanyan ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) ATƏT sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik ilə görüşüb.Bu haqda ER Xarici işlər nazirliyinin mətbuat katibi Anna Nağdalyan məlumat verib. ER XİN-dən verilən məlumata görə həmsöhbətlər Dağlıq Qarabağ sülh prosesi ilə bağlı bir sıra məsələləri müzakirə etmiş və mövcud vəziyyəti qiymətləndirmişlər.Erməni tərəfi atəşkəs rejiminin möhkəmləndirilməsi və gərginliyin azaldılması istiqamətində səylərin, o cümlədən müvafiq mexanizmlərin tətbiqi və gücləndirilməsi ilə davam etdirilməsinin olduqca vacibliyini vurğuladı. Əvvəlcədən razılaşdırılmış şərtləşmələrin yerinə yetirilməsi daxil olmaqla etimad mühiti yaratmaq üçün ardıcıl addımların atılması zəruriliyi həmçinin vurğulanmışdır. Azərbaycan ərazisində saxlanılan ER vətəndaşlarına gəlincə, erməni tərəfi onların geri qaytarılmasının təmin edilməsinin zəruriliyini vurğuladı. Dinc prosessin irəliləyişi baxımından nazir Mnatsakanyan həll prosesində tərəflərin üzərinə götürdüyü öhdəliklərin mütənasibliyini təmin etməyə, bu prosesdə Ermənistanın prinsipial mövqeyini və yanaşmalarını bir daha təsdiqlədi. Tərəflər bu istiqamətdə gələcək addımları, o cümlədən həmsədrlərin regiona səfərini və yaxın vaxtlarda Xİ nazirləri səviyyəsiylə növbəti görüşün keçirilməsini qeyd etmişlər.