BaşlıcaBeynəlxalq

Ermənistan və Yunanıstan Baş nazirləri Nyu-Yorkda ikitərəfli əməkdaşlığın inkişafı məsələsni müzakirə etdilər

ER Baş nazirinin iş heyətindən verilən məlumata görə,Baş nazir Nikol Paşinyan,  ABŞ-a işgüzar səfəri çərçivələrində BMT-nin qərargahında Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə  görüşüb.  Baş nazir Paşinyan Yunanıstan Baş nazirini salamlayaraq Ermənistanın həm ikitərəfli formatda, həm də Avropa Birliyi çərçivəsində tərəfdaşlığa  çox əhəmiyyət verdiyini qeyd edib. Nikol Paşinyan və  Kirakos Mizotakis ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdilər, iqtisadi əlaqələrin aktivləşdirilməsi imkanlarına toxundular, iqtisadiyyatların hazırkı vəziyyəti və dinamikası barədə fikir mübadiləsi apardılar. Qarşılıqlı razılıqla, xeyli iqtisadi potensial var və buna nail olmaq üçün fəal işləməliyik. Qarşılıqlı olaraq vurğulanmışdır ki, artıq mövcud olan Yerevan-Afina birbaşa hava əlaqəsi ticarət-iqtisadi əməkdaşlıq və turizmin inkişafına öz töhfəsini verir. İki ölkənin işgüzar dairələri arasında əlaqələrin aktivləşdirilməsi kontekstində birgə biznes forumlarının əhəmiyyəti vurğulanıb. Tərəflər iki ölkənin Müdafiə nazirlikləri arasındakı əməkdaşlığa da toxunaraq, bunun səmərəli olduğunu bir daha təstiqlədilər.

Həmsöhbətlər Ermənistan-AB Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq sazişinin ratifikasiya prosesi ilə bağlı məsələləri müzakirə etdilər. Baş nazir Paşinyan qeyd edib ki, AB-ə üzv 17 dövlət sazişi artıq təsdiq edibdir və Yunanıstanın Baş nazirindən Yunanıstana ən qısa müddətdə sazişin təsdiqlənməsini və qüvvəyə minməsini dəstəkləməsini istəyib. Ermənistan və Yunanıstanın Baş nazirləri vizaların liberallaşdırılması prosesinin başlaması ilə bağlı da fikir mübadiləsini aparıblar. Ermənistanın Baş naziri  Yunanıstanın Dağlıq Qarabağ  münaqişəsinin sülhlə nizamlanması   prosessindəki tarazlı mövqeyini mühüm hesab edib. Yunanıstanın Baş naziri  Kiprin əsas  məsələsinin   həlli istiqamətində Yunanıstan və Kiprin səylərinə Ermənistanın  olan dəstəyi üçün  təşəkkür  bildirib.

Daha çox göstər
Back to top button