
25 sentyabrda MDB iştirakçı-dövlətlərinin səlahiyyətli orqanlarının “Ararat-Antiterror-2019” birgə antiterror təliminin ikinci mərhələsi çərçivəsində ER Milli Təhlükəsizlik Xidmətinin “A” Şöbəsinin xüsusi bölmələrinin qüvvələri ilə ER Tavuş rayonunda qaz kəmərinin partlaması, Abovyanın yeraltı qaz anbarı, “Gazprom Armenia” inzibati binası və dövlət televiziyasının silahlı işğalı şəraitlərində işğal olunmuş obyektlərdə girovların azad edilməsi və şərti diversiya və terror qruplarının məhv edilməsi istiqamətində olan əməliyyatlar keçirildi. Bu haqda MTX-dən məlumat verilir.
Terrorla mübarizə əməliyyatının respublika operativ qərargahının işi nümayiş edildi. Bunun rəhbərliyi ilə “girovların” azad edilməsi və “terroristlərin” məhv edilməsi istiqamətində xüsusi əməliyyatın planlaşdırılması, hazırlanması və keçirilməsi məsələləri müəyənləşdirildi.
Təlim 3 mərhələ ilə keçirilir və 7 gün sürəcək.
Sentyabrın 26-da, ER Silahlı Qüvvələrinin “Bağramyan” hərbi poliqonunda cəbhəyanı zonada qanunsuz silahlı birləşmələrin blokadası və məhv edilməsinə, yaşayış məntəqəni işğal edən şərti terrorçu qrupun aradan qaldırılmasına yönəlmiş xüsusi əməliyyatla təlimlərin son mərhələsi keçiriləcək.