
Artsax Respublikasının Parlamentinin sədri Aşot Ğulyan Avstraliyanın federal və ştat parlamentariləri Con Aleksandri və Hyu Mak-Dermoti qəbul edib. Onlar Avstraliyanın Hay Dat komissiyasıının təşəbbüsü ilə və Avstraliyada Artsaxın daimi nümayəndəsi Kaylar Mikayelyanın müşayiətiylə Artsaxdadır. Bu barədə Artsax Respublikasının Parlamentindən bildirilib.
Aşot Ğulyan Avstraliya və Artsax əməkdaşlığının prespektivləri barədə danışarkən, sentyabrın 24-də “Artsax-Fransa” dostluq çərçivəsinin yaradılmasına toxunub. “Bu avqustun 1-də Avstraliya Dostları qrupunu təşkil edərək başlatdığınız böyük işin davamıdır”- deyə Parlamentin sədri vurğulayıb.
Avstraliya Parlamentinin deputatı Con Aleksandr xüsusən Erməni Soyqırımı illərində Ermənistan-Avstraliya qədim dostluğu barədə danışıb.
Parlamentari Avstyraliyadakı ermənilərin rolunu iki ölkə arasında insan körpüsü hesab edərək, mühüm sayıb.
Hyu Mak-Sermot də Artsaxı dəstəkləmək üçün hazır olduğunu bildirib. “Bu demokratik ölkə yaşamalıdır və dünya onu tanımalıdır”-deyə parlamentari qeyd edib.
Görüşün sonunda Parlamentin sədri Artsax Respublikasının Prezidenti Bako Sahakyanın sərəncamıyla Con Aleksandra “Vaşagan Barepaşt” və Hyu Mak-Dermotuna “Minnetdarlıq” dövlət mükafatlarını verib.