Ermənistan qlobal sülh və təhlükəsizliyi saxlamaq, stabil inkişafa təşviq etdmək və insan hüquqları və əsas azadlıqlarını müdafiə etmək üçün beynəlxalq əməkdaşlığa təhfə verməyə davam edəcək. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-nin qərargahında BMT Baş Assambleyasının 74-cü sessiyasında etdiyi çıxışda bildirib.
“Biz ümumi təhdidlərə cavab vermək, xalqlarımız üçün tərəqqi və rifah təmin etmək üçün bütün beynəlxalq tərəfdaşlarla konstruktiv dialoqun davam etdirilməsinə hazırıq.
Biz ayırıcı xətlərə və qarşıdurma siyasətinə qarşıyıq. Biz 21-ci əsrdə mənasız həsab edilən, lakin regionumuzda hələ mövcud olan qapalı sərhədlərə qarşıyıq.
Biz, soyqırım dəhşətindən keçən bir millət olaraq, bizim qeyri-sabit regionumuzda qarşılıqlı anlayış və sülh naminə çıxış edirik. Cənubi Qafqazda hərbi üstünlüyün real olmayan ümidlərinə əsaslanan eskalasiya və silahlanma yarışı siyasətinin gələcəyi yoxdur”.