
Nyu Yorka işgüzar səfəri çərçivəsində ER Baş naziri Nikol Paşinyan Nyu Yorkdakı Kolumbiya universitetində olub.
Dünya Liderləri Forumu çərçivəsində Ermənistanın Baş naziri universitet professorları və tələbələri ilə görüşü keçirilib.ER Baş nazirinin iş heyətindən verilən məlumata görə, Nikol Paşinyan öz çıxışında qeyd edib ki,ş ötən il baş vermiş Məxməri inqlab Ermənistan xalqı qarşısında öz qapılarını açdı.
“Təşkilinin ilk günündən son 25 ildə ən ədalətli parlament seçkiləri nəticəsində yaranan Ermənistanın yeni hökuməti iddialı bir islahat gündəminə başlayıb.
Hərtərəfli islahatlar həyatımızın demək olar ki, bütün fundamental sahələrinə təsir edən bir çox istiqamətdə aparılır. Qanunun aliliyinə və hesabatlı idarəetməyə əsaslanan güclü orta təbəqə olan demokratik cəmiyyət islahatlarımızın son məqsədidir.Buna nail olmaq üçün bizə siyasi və iqtisadi institutların inkişafı lazımdır. Bir çox sahədə irəliləyişlər əldə etdik. Bu gün Ermənistan qurulmuş mətbuat və sərbəst toplaşmaq azadlığı ilə həqiqətən demokratik bir ölkədir. Seçki saxtakarlığı və sistematik korrupsiya səhifəsi ölkəmizdə əbədi olaraq bağlanıb” -deyən Nikol Paşinyan, Ermənistanda müstəqil məhkəmə sisteminin olmamasının hələ də bunun əsas problem olduğunu, məhkəmə sistemində islahatların inqilabın nailiyyətlərini gücləndirəcəyini qeyd etdi.